AZ

HƏMAS və Sülh Şurasının nümayəndələri arasında ilk görüş baş tutub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qahirə, 16 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının nümayəndələri Qahirədə HƏMAS hərəkatının təmsilçiləri ilə görüşüblər. Tərəflər Qəzzada əldə edilmiş atəşkəs rejiminin davam etdirilməsi yollarını müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, bunu “Reuters” agentliyi məlumatlı mənbələrə istinadla bildirib.

Qeyd olunub ki, bu, müharibə başlanandan bəri HƏMAS-la Sülh Şurası arasında baş tutan ilk görüşdür. Bundan əvvəl İsrail yaxın günlərdə Qəzza ilə Misir arasındakı Rafah keçidini açacağını bildirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
5
azertag.az

6Mənbələr