AZ

İranda ayətullah rejiminin cinayətlərini araşdıracaq Komitə yaradılır

Rza Pəhləvi İslam rejiminin cinayətlərini araşdırmaq məqsədilə “Keçid ədaləti müddəalarının hazırlanması üzrə Komitə”nin yaradıldığını elan edib.

NOCOMMENT.az xəbər verir ki, Pəhləvi soydaşlarına müraciətində bu yeni strukturun son 50 ildə repressiya və işgəncə qurbanları ilə bağlı həqiqətlərin üzə çıxarılması, məhkəmə və komissiyaların fəaliyyəti üçün baza hazırlayacağını vurğulayıb.

Komitəyə Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi rəhbərlik edəcək. Qurumun tərkibinə həmçinin hüquq müdafiəçisi İrac Mesdaqi, doktor Leyla Bəhməni və doktor Afşin Elian daxil olub. Pəhləvinin sözlərinə görə, ekspertlərə aparıcı beynəlxalq hüquqşünaslar kömək edəcək və bu təşəbbüs İranda hüququn aliliyinin bərpası üçün həlledici mərhələ olacaq.

Sara,
NOCOMMENT.az

Seçilən
67
nocomment.az

1Mənbələr