AZ

53 yaşında əkiz uşaqlar dünyaya gətirən qadin ana öldüVİDEO

53 yaşlı qadın doğuş zamanı ölüb.

Bakı şəhər sakini Mətanət Mirzəyeva 15 mart tarixində Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evində vəfat edib.

TƏBİB-dən “Xəzər Xəbər”ə bildirilib ki,  qadın ekstra karparal müalicə nəticəsində 34 həftə 4 günlük hamiləliklə, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə Sabunçu rayon 2 saylı doğum evinə gətirilib. 4 gün sonra əməliyyat olunub, əkiz uşaqlar dünyaya gəlib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra isə saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, göyərmə və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.

Bizə verilən məlumata görə, Mətanət Mirzəyeva bundan əvvəl də ekstra karparal müalicə nəticəsində bir uşaq dünyaya gətirib, ancaq uşaq vəfat edib.  Bu onun ikinci doğuşu olub. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə nəticəsində məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
46
xezerxeber.az

1Mənbələr