AZ

“Ömrümün sonuna qədər özümü narahat hiss etmək istəmirəm” - Oveçkin nə vaxt bitirəcək?

Cari mövsümdə artıq bir dəfə - dekabrda 9 oyunluq “quru” seriyası olan Aleksandr Oveçkin son 4 oyunda da qol vura bilməyib. Odu ki, istər-istəməz onun MHL karyerasını davam etdirməsinin nə dərəcədə məqsədəuyğun olması ilə bağlı söhbətlər gəzir.

"Football-plus.az" xəbər verir ki, “Vaşinqton”un rusiyalı hücumçusu gələcəyi ilə bağlı qərarın fiziki durumundan asılı olacağını deyib:

“40 yaşım var, gənclərə ayaqlaşmaq mənim üçün çətindi, anlayırsızmı? Ancaq ən vacib olan sağlamlıqdı. Bir-iki ildən sonra dizimin, çiynimin və ya kürəyimin ağrımasını istəmirəm. Ömrümün sonuna qədər özümü narahat hiss etmək istəmirəm. Bu qərara ağılla yanaşmaq lazımdı”.

Bununla belə, “Vaşinqton”un kapitanı hələ də oyundan və komandadakı atmosferdən məmnunluq duyduğunu vurğulayıb.

Oveçkin 2025/26 mövsümündə müntəzəm çempionatda keçirdiyi 65 oyunda 51 (24+27) xal toplayıb. Pley-offu də nəzərə alsaq, onun hesabında 998 qol var. Aleksandr Ueyn Qretskinin mütləq rekorduna çatmaq üçün daha 18 qol vurmalıdı. 40 yaşlı ulduzun “Vaşinqton”la müqaviləsinin müddəti bu ilin yayına qədərdi.

11 mart
Baffalo – San-Xose 6:3 (2:1, 2:1, 2:1)
Boston – Los-Anceles 2:1 OT (0:0, 0:0, 1:1, 1:0)
Karolina – Pittsburq 5:4 B (1:1, 0:1, 3:2, 0:0)
Monreal – Toronto 3:1 (2:0, 0:1, 1:0)
Reyncers – Kalqari 4:0 (1:0, 2:0, 1:0)
Tampa-Bey – Kolambus 2:5 (1:0, 1:3, 0:2)
Florida – Detroyt 4:3 (1:0, 0:2, 3:1)
Sent-Luis – Aylenders 3:4 OT (1:0, 2:1, 0:2, 0:1)
Dallas – Veqas 2:1 (0:0, 2:1, 0:0)
Minnesota – Yuta 5:0 (1:0, 1:0, 3:0)
Vinnipeq – Anahaym 1:4 (0:0, 1:3, 0:1)
Kolorado – Edmonton 3:4 (2:2, 0:1, 1:1)
Sietl – Neşvill 2:4 (2:0, 0:3, 0:1)

12 mart
Ottava – Monreal 2:3 (2:1, 0:1, 0:1)
Filadelfiya – Vaşinqton 4:1 (0:1, 2:0, 2:0)
Seçilən
21
1
football-plus.az

7Mənbələr