AZ

Laricaninin ərəb dünyasına məktubunda nələr qeyd olunub? – SENSASİON məlumatlar yayıldı

İranın ali rəhbərinin xüsusi nümayəndəsi Əli Laricani müsəlman dünyasına və İslam dövlətlərinə müraciət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə İranın hazırda üzləşdiyi çətinliklər və İslam ölkələrinin bu prosesdəki mövqeyi kəskin tənqid olunub.

Laricani bildirib ki, İran danışıqlar apardığı bir vaxtda ölkəni parçalamaq məqsədi daşıyan xain ABŞ-Sionist hücumu ilə üzləşib. O, İslam İnqilabının liderinin, mülki vətəndaşların və hərbi komandirlərin qətlə yetirildiyini qeyd edərək, düşmənin hazırda strateji çıxılmaz vəziyyətdə olduğunu vurğulayıb. Lakin o, nadir hallar istisna olmaqla, heç bir İslam dövlətinin İran xalqına kömək etmədiyini xatırladaraq, “Müsəlman qardaşının çağırışına cavab verməyənlər necə müsəlmandırlar?” sualını ünvanlayıb.

Müraciətdə bəzi ərəb ölkələrinin İranı “düşmən” adlandırmasına da toxunulub. Laricani qeyd edib ki, həmin ölkələrdəki ABŞ bazalarından İrana hücum edilərkən Tehranın əli-qolu bağlı oturması gözlənilməməlidir. O, ABŞ-ın sadiq müttəfiq olmadığını və İsrailin bütün regionun düşməni olduğunu xatırladaraq, İslam ümmətini birliyə və regionun gələcəyi barədə düşünməyə çağırıb.

Sara

NOCOMMENT.az

Seçilən
63
nocomment.az

1Mənbələr