AZ

“Küldə şərqi deyənlər” sənədli filmi İtaliyada beynəlxalq mükafata layiq görülüb » AzadMedia.az

“Küldə

“Küldə şərqi deyənlər” sənədli filmi İtaliyada beynəlxalq mükafata layiq görülüb

AzerNewMedia MMC-nin istehsalı olan “Küldə şərqi deyənlər” sənədli filmi İtaliyada keçirilən Grand Laurel International Film Festival çərçivəsində mükafata layiq görülüb.

Filmin müəllifi Kamran Qasımov olan ekran işi festivalda “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası üzrə qalib seçilib.

Beynəlxalq festivalda müxtəlif ölkələrdən təqdim olunan filmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Küldə şərqi deyənlər” sənədli filmi mövzusu və təqdimat üslubu ilə seçilərək ən yaxşı qısametrajlı sənədli film mükafatını qazanıb.

Qeyd edək ki, Grand Laurel International Film Festival hər il müxtəlif ölkələrdən müstəqil və sənədli filmləri bir araya gətirən beynəlxalq kino tədbirlərindən biridir. Festival çərçivəsində kino sahəsində fərqlənən layihələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılır.

Seçilən
22
1
azadmedia.az

2Mənbələr