AZ

Məşhur müğənninin alt çənəsində ŞİŞ AŞKARLANDI

Müğənni Marina Xlebnikovanın alt çənəsində xoşxassəli törəmə aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məşhur rusiyalı müğənni Marina Xlebnikovanın alt çənəsində xoşxassəli şiş aşkarlanıb.

Məlumata görə, “Bir fincan qəhvə” hitinin ifaçısını qarşıda mürəkkəb cərrahi əməliyyat gözləyir.

Bildirilir ki, əgər bu əməliyyat vaxtında və lazımi şəkildə həyata keçirilməzsə, sənətçidə üz simmetriyasının pozulması, çənənin deformasiyası, eləcə də dişlərlə bağlı ciddi problemlər kimi ağır fəsadlar yarana bilər.

Qeyd edək ki, Marina Xlebnikova bundan əvvəl də səhhətində yaranan müxtəlif problemlərlə və bədbəxt hadisələrlə gündəmə gəlmişdi.

Hazırda sənətçinin pərəstişkarları onun bu mürəkkəb əməliyyatdan uğurla çıxaraq tezliklə tam sağalmasını arzulayırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
97
interpress.az

1Mənbələr