AZ

Tramp İrandan sonra bu ölkə ilə "məşğul olacaq"

ABŞ tezliklə Kuba ilə razılığa gələcək və ya "lazım olanı edəcək".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Kuba da razılaşma istəyir və düşünürəm ki, biz ya razılaşmaya çatacağıq, ya da lazım olanı edəcəyik. Biz Kuba ilə danışıqlar aparırıq, amma əvvəlcə İranla məşğul olacağıq", - deyə Tramp qeyd edib. 

Ağ Ev rəhbəri daha əvvəl Kuba hökumətinin "tezliklə süquta uğrayacağını" bildirmişdi.

Kuba prezidenti Migel Dias-Kanel ABŞ ilə danışıqları təsdiqləmişdi. Onun sözlərinə görə, bu danışıqlar iki ölkə arasındakı problemlərin "dialoq yolu ilə" həllini tapmağa yönəlib.

Seçilən
61
50
unikal.az

10Mənbələr