AZ

SON DƏQİQƏ: İsrailə raket hücumu - yaşayış evi darmadağın oldu - VİDEO

İsrail yenidən raket hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, İranın raket zərbələrindən sonra Yerusəlimdə yenidən hava hücumu sirenaları səslənib və raketlər şəhər səmasında müşahidə olunub. 

Məlumata görə, İran raketlərindən biri isə Tel-Əvivin şərqində yerləşən Şoham bölgəsində bir yaşayış evinə düşüb. Zərbə nəticəsində ev tamamilə dağılıb. 

 

Hadisə ilə bağlı xəsarət alanlar və digər dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib. İsrailin hava hücumundan müdafiə sistemlərinin isə raketlərin bir hissəsini zərərsizləşdirdiyi bildirilir.

 

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr