AZ

Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin uzun illər ərzində müdafiəetdiyi bəzi dövlətlərin Vaşinqtona lazımi dəstəyi göstərməməsindənnarazılığını ifadə edib.

Trend xəbər verir ki, o, bubarədə Ağ Evdə Kennedi Mərkəzinin İdarəçilər Şurasının iclasındaçıxışı zamanı danışıb.

Tramp bildirib ki, ABŞ-nin milyardlarla dollar xərcləyərəktəxminən 40 il ərzində qoruduğu bəzi ölkələrin eyni addımı atmağahazır olmayacağını düşünür. Onun sözlərinə görə, bu məsələ iləbağlı Nümayəndələr Palatası və Senata müraciət edərək, ABŞ-nimüdafiə etməyən dövlətlərin niyə qorunduğunu soruşacaq.

ABŞ lideri qeyd edib ki, bu vəziyyəti hər zaman NATO-nun zəiftərəfi kimi qiymətləndirib.

O vurğulayıb ki, müttəfiq ölkələr ABŞ-yə dəstək verməyə hazırolmalı, zərurət yaranarsa, lazım olan hərbi texnikanı da təqdimetməlidirlər.

Tramp əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio yaxınvaxtlarda Vaşinqtona yardım göstərməyə razılıq verən ölkələrinsiyahısını açıqlayacaq.

Seçilən
49
39
az.trend.az

10Mənbələr