AZ

Tramp əsəbiləşdi: Bizə onların köməyi lazım deyil

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin Yaxın Şərqdəki əməliyyatlara qoşulmamasını tənqid edib. O, “Truth Social” hesabında yazıb ki, ABŞ bu regionda müttəfiqlərinin köməyinə ehtiyac duymur.

Globalinfo.az-ın xəbərinə görə, Tramp bildirib ki, NATO ölkələrinin əksəriyyəti İranın nüvə silahına sahiblənməməsi fikrini dəstəkləsə də, əməliyyatlara qoşulmaq istəmirlər.

Onun sözlərinə görə, bu vəziyyət NATO-nun birtərəfli strategiya qurduğunu göstərir:

“Biz onları qoruyuruq, amma onlar çətin anda ABŞ üçün heç nə etmirlər”.

Tramp lideri əlavə edib ki, Vaşinqton hərbi baxımdan kifayət qədər güclüdür və nə NATO ölkələrinin, nə də Yaponiya, Avstraliya və Cənubi Koreya kimi tərəfdaşların dəstəyinə ehtiyac duyur.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
39
globalinfo.az

10Mənbələr