AZ

“Makron tezliklə vəzifəsindən gedəcək”-TRAMP

Fransa prezidenti Emmanuel Makron tezliklə vəzifəsindən gedə bilər.

Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

Bu, Ağ Evin Parisin Hörmüz boğazının açılması üçün potensial ABŞ hərbi əməliyyatlarında iştirak etməmək qərarına cavabı olub.

Bundan əvvəl Makron rəsmi olaraq Fransanın heç bir halda Hörmüz boğazının açılması üçün əməliyyatlarda iştirak etməyəcəyini bildirmişdi.

İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə çıxış edən Tramp jurnalistlərin Fransanın mövqeyi ilə bağlı sualını cavablandırıb. “O, çox tezliklə vəzifəsindən gedə bilər”, – deyə Amerika prezidenti bildirib.

AzPost.az

Seçilən
67
39
azpost.info

10Mənbələr