AZ

Bu şəxslərə süd içmək olmaz

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Süd faydalı qida sayılsa da, hər kəsin orqanizmi onu eyni cür qəbul etmir. Qastroenteroloq Yevgeniya Zarubina bildirir ki, südün həddindən artıq istehlakı həzm sistemində ciddi narahatlıqlara yol aça bilər.Demokrat.az-ın məlumatına görə yetkin yaşlı insanların çoxunda süd şəkərini (laktozanı) parçalayan laktaza fermenti kifayət qədər ifraz olunmur. Bu çatışmazlıq qarın nahiyəsində köp, qaz yığılması, ishal və ümumi narahatlıq kimi əlamətlərlə özünü büruzə verir. Eyni zamanda bəzi insanlarda, xüsusən də uşaqlarda inək südünün zülalına qarşı allergik reaksiya müşahidə edilir. Bu vəziyyət dəri səpgiləri, kolik və nadir hallarda daha ağır allergik reaksiyalarla nəticələnə bilər.Həkim sənaye üsulu ilə istehsal olunan süddə heyvandarlıqda istifadə olunan antibiotik və hormonların izlərinin qala biləcəyini də qeyd edir. Bu maddələrin müntəzəm olaraq orqanizmə daxil olması zamanla hormonal balansın pozulmasına təsir edə bilər.Südün faydalı və ya zərərli olması insanın yaşından, mədə-bağırsaq traktının vəziyyətindən və ümumi qidalanma vərdişlərindən asılıdır. Məhsulun özü zərərli deyil, lakin fərdi dözümsüzlük varsa, rasionda diqqətli olmaq vacibdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
demokrat.az

1Mənbələr