AZ

BƏƏ İrandan gələn hücumlar səbəbindən hava məkanını bağlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının tamamilə bağlandığını elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurum hava məkanının bağlanmasını uçuşların və təyyarə heyətlərinin təhlükəsizliyini təmin etmək, eləcə də “regional təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr” fonunda ölkə ərazisini qorumaq məqsədi daşıyan “müstəsna ehtiyat tədbiri” kimi qiymətləndirib.

Bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi bu addımın İran tərəfindən mümkün yeni hücum dalğasına cavab olduğunu bildirmişdi.

Məlumata görə, bazar ertəsi Dubay Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatının aeroport yaxınlığındakı yanacaq çəninə zərər vurmasından sonra fəaliyyətini müvəqqəti dayandırıb. Hadisə nəticəsində yanğın baş versə də, sonradan alov söndürülüb. Xəsarət alan olmayıb.

Seçilən
82
6
ikisahil.az

8Mənbələr