AZ

Tehran məktəb hücumuna görə ABŞ və İsraildən təzminat tələb edəcək




İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə edilən ölümcül hücuma görə Tehran ABŞ və İsraildən təzminat tələb edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

O bildirib ki, hücum zamanı əsasən uşaqlar olmaqla 160-dan çox insan həlak olub. Səfir bildirib ki, məktəb hücumu ilə bağlı araşdırmalar başa çatıb.

"28 fevralda baş verən hadisə ilə bağlı araşdırmalar nəticəsində hücuma görə ABŞ-ın məsuliyyət daşıdığı qənaətinə gəlinib",-deyə diplomat vurğulayıb.

Anar
Seçilən
28
newscenter.az

1Mənbələr