AZ

ABŞ səfirliyindən ÇAĞIRIŞ - Ölkəni dərhal TƏRK EDİN

AB-nin İraqdakı səfirliyi vətəndaşlarını ölkəni dərhal tərk etməyə və Bağdaddakı diplomatik nümayəndəliyin və Ərbildəki konsulluğun yerləşdiyi ərazilərə baş çəkməkdən çəkinməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə səfirliyin saytında bildirilib.

"ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər. Davam edən təhlükəsizlik təhdidləri səbəbindən onlar Bağdaddakı səfirliyə və ya Ərbildəki konsulluğa baş çəkməyə cəhd etməməlidirlər", - deyə səfirlik qeyd edib.

Diplomatik missiya həmçinin ABŞ vətəndaşlarını İraqa bütün səyahətlərdən çəkinməyə çağırıb. Səfirlik diplomatik nümayəndəlik ərazisinin müxtəlif terrorçu qruplar tərəfindən dəfələrlə hücuma məruz qaldığını qeyd edib.

Daha əvvəl ABŞ-ın Bağdaddakı səfirliyinin binasına raket zərbələri endirildiyi bildirilmişdi. 

Musavat.com

Seçilən
54
2
musavat.com

5Mənbələr