AZ

Gözlər ora dikildi: Kərkük nefti yenidən Ceyhana axacaq

2014-cü ildən bəri terror hücumları səbəbindən fəaliyyətsiz qalan 960 kilometrlik Kərkük-Ceyhan boru kəməri yenidən işə salınır.

Publika.az xəbər verir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdülqani bəyanat yayıb.

Onun sözlərinə görə, Kərkük neftini İraq Kürdüstan Regional Hökumətinin (İKRH) ərazisinə daxil olmadan Türkiyəyə daşıyan İraq-Türkiyə neft kəmərində təmir işləri son mərhələsindədir və bir həftə ərzində yenidən işə salına bilər.

Əbdülqani bildirib ki, Kərkük neftini Türkiyəyə daşıyan boru kəmərinin gündəlik nəql gücü 200 min ilə 250 min barel arasında dəyişir.

Seçilən
46
publika.az

1Mənbələr