Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start veriləcək.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında iki matç baş tutacaq.
“Neftçi” “Gənclər”lə, “Ordu” “Murov Az Terminal”la üz-üzə gələcək. Görüşlər Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.
Qadınların mübarizəsində “Murov Az Terminal” “Turan”ın qonağı olacaq. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.