AZ

“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır

style='margin-bottom:10px;'>

İngiltərənin “Çelsi” klubu Fransanın “Strasburq” komandasının yarımmüdafiəçisi Rayan Messi ilə maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Hazırda 18 yaşlı futbolçu icarə əsasında Səudiyyə Ərəbistanının “Neom” klubunda çıxış edir. Mənbənin məlumatına görə, Almaniyanın “Bavariya”, İspaniyanın “Barselona” və Fransanın PSJ klubları da oyunçuya maraq göstərib.

Lakin “Çelsi”nin sahibləri (BlueCo) futbolçunu öz multi-klub sistemindən buraxmaq niyyətində deyil. Əvvəlki plana əsasən, Rayan Messi 2026/27 mövsümündə əvvəlcə “Strasburq”un əsas heyətində möhkəmlənməli, daha sonra isə Londona – “Stemford Bric” stadionuna keçməli idi. Hazırda bu plan yenidən nəzərdən keçirilir.

Qeyd edək ki, Messi cari mövsümdə 22 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Strasburq”la müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr