AZ

Hörmüz boğazından keçid üçün sığorta xərcləri artıb

Hörmüz boğazından keçən gəmilərin sığortalanması mümkün olsa da, İranla davam edən hərbi münaqişə fonunda sığortanın dəyəri kəskin şəkildə artıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, sığorta xərcləri gəminin dəyərinin təxminən 5%-nə yüksəlib ki, bu da İranla müharibənin ilk günlərində müşahidə olunan səviyyədən təxminən beş dəfə çoxdur. Bu o deməkdir ki, 100 milyon dollarlıq neft tankerinin sığortalanması hazırda təxminən 5 milyon dollara başa gəlir.

Yüksək qiymətlərə baxmayaraq, bazarda təkliflərin mövcudluğu göstərir ki, bu su yolundan keçməyə cəsarət edən azsaylı gəmilər üçün sığorta hələ də mövcuddur. (Trend)

Seçilən
23
4
fed.az

5Mənbələr