AZ

YouTube istifadəçilərinə pis xəbər

ain.az, Bakupost saytına istinadən bildirir.

Dünyanın ən böyük video platformalarından biri olan YouTube televizor üzərindən videolara baxan istifadəçilər üçün yeni reklam formatını tətbiq etməyə başlayır.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən, istifadəçilərə 30 saniyəlik atlana bilməyən reklamlar göstəriləcək.

Yeni formatda izləyicilər əvvəlki kimi “Reklamı keç” düyməsindən istifadə edə bilməyəcəklər. Bu isə o deməkdir ki, istifadəçilər videoya davam etməzdən əvvəl reklamın tamamlanmasını gözləməli olacaqlar.

Analitiklərin proqnozlarına görə, platformanın getdikcə daha aqressiv reklam strategiyalarına keçməsi yutubun reklam gəlirlərini əhəmiyyətli dərəcədə artırır. Məlumatlara əsasən, platformanın ümumi gəliri 60 milyard dollardan çoxdur və bu göstərici bəzi ənənəvi media nəhənglərini, o cümlədən "Disney" kimi şirkətləri belə geridə qoyur.

Mütəxəssislər hesab edirlər ki, bu addımın digər məqsədi də istifadəçiləri reklamsız təcrübə təqdim edən ödənişli "YouTube Premium" xidmətinə keçməyə təşviq etməkdir.

Yeni reklam formatının mərhələli şəkildə tətbiq olunacağı və ilkin olaraq televizor və smart TV üzərindən yutub izləyən istifadəçilərə göstəriləcəyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
www.bakupost.az

1Mənbələr