Bakı.Trend:
Ölkəmizdə beynəlxalq ticarət və investisiya əməkdaşlığının dahada dərinləşdirilməsi, yeni ortaq layihələrin reallaşdırılması vəuzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulması üçün güclü zəminyaradılıb.
Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçıdirektorunun müşaviri Sevil Yəhyayeva “WUF13 - Özəl sektor üçünməlumatlandırma sessiyası"nda deyib.
AZPROMO-nun rəsmisi qeyd edib ki, İnvestisiya mühitinin əlverişliolmasında həmçinin infrastruktur və institusional təşviqlər dəmühüm rol oynayır. Azərbaycanda yaradılan iqtisadi zonalar,investisiya təşviqi mexanizmləri, vergi və gömrük güzəştləriinvestorlar üçün geniş imkanlar təqdim edir:
“Bu baxımdan, Ələt Azad İqtisadi Zonası (AFEZ) xüsusi əhəmiyyətdaşıyır. AFEZ yalnız xüsusi hüquqi və iqtisadi rejimə malik zonadeyil, eləcə də Azərbaycanın regionda istehsal, emal, ticarət vəlogistika habına çevrilməsi strategiyasının mühüm tərkibhissəsidir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropabazarlarına çıxış imkanları, liman infrastrukturu və beynəlxalqnəqliyyat marşrutları ilə inteqrasiya AFEZ-i regional dəyərzəncirlərinin formalaşdırılması üçün cəlbedici edir. HazırdaAFEZ-də karqo daşımalarını reallaşdırmaq məqsədilə hava yükdaşımaklasteri (Ələt Karqo Hava Limanı, Karqo Kəndi) yaradılır. Buinfrastruktur layihələri AFEZ-in müxtəlif nəqliyyat növlərinininteqrasiyası təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsiüçün mühüm perspektivlər yaradır”.
S.Yəhyayeva bildirib ki, Azərbaycanın artan nəqliyyat-tranzitimkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır.
“Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi reallıq, rəqəmsalhəllərlə gücləndirilən logistika marşrutları və ticarətinasanlaşdırılması istiqamətində atılan addımlar regionun tranzitxəritəsini yenidən müəyyənləşdirir. Orta Dəhlizin mühüm elementiolan Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 5milyon tona çatdırılması, yaxın illərdə buraxılış qabiliyyəti ildə25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,fəaliyyət göstərən 9 beynəlxalq hava limanı Azərbaycanın beynəlxalqnəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir”.