AZ

Hava ilə bağlı XƏBƏRDARLIQ: Bayramda soyuq olacaq, yoxsa?

Təbiətin oyanışını simvolizə edən, baharın müjdəçisi sayılan Novruz bayramı artıq qapıdadır. Qışın sərt və soyuq günlərindən sonra insanlar təkcə bayram süfrələrinin, səmənilərin və tonqalların deyil, eyni zamanda havanın necə dəyişəcəyinin də həyəcanını yaşayır. Küçələrdə canlanma artır, bazarlarda bayram hazırlıqları sürətlənir, ailələr isə açıq havada daha çox vaxt keçirməyi planlaşdırır. Bütün bunların fonunda isə ən çox müzakirə olunan mövzulardan biri yazın ilk günlərində havanın necə olacağıdır.

Adətən mart ayı dəyişkən xarakteri ilə seçilir: bir gün günəşli və mülayim keçdiyi halda, növbəti gün yağış, külək və ya hətta gözlənilməz soyuq hava müşahidə oluna bilər. Xüsusilə, iqlim dəyişikliklərinin təsiri ilə son illərdə hava şəraitinin daha qeyri-sabit olması insanlarda əlavə suallar yaradır. Bəziləri artıq qışla vidalaşıb bahar ab-havasını hiss etmək istəsə də, digərləri hələ də şaxtalı səhərlərin və yağışlı günlərin davam edib-etməyəcəyini düşünür.

Bəs bu il yaz fəslinin gəlişi ilə birlikdə hava şəraiti necə dəyişəcək? Temperatur həqiqətən yüksələcək, günəşli günlər üstünlük təşkil edəcək, yoxsa bizi hələ də dəyişkən və sürprizlərlə dolu bir mart ayı gözləyir?

Mövzu ilə bağlı Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, yazın gəlişi ilə birlikdə Xəzər dənizi üzərindəki rütubətli hava kütlələri aktivləşir.

İranda

“Bayram günlərində qısamüddətli yaz yağışları (leysan xarakterli) istisna deyil. Bu, əsasən günorta saatlarında konvektiv buludların formalaşması ilə baş verə bilər. Səhər saatlarında rütubətin artması ilə əlaqədar duman və çən müşahidə olunacaq”.

Ekspert qeyd edir ki, mart ayının son dekadasında ölkə ərazisində qısa müddətli soyuq atmosfer cəbhələri havanın temperaturunu 4-5°C aşağı sala bilər.

“Bu il yazın gəlişi ilə ölkəmizdə havanın “mülayim və rütubətli” keçəcəyi gözlənilir. Kəskin şaxta və ya qar ehtimalı çox aşağıdır. Günəşli saatların miqdarı artsa da, buludlu hava kütlələri tez-tez bir-birini əvəz edəcək”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
30
konkret.az

1Mənbələr