AZ

Onun çıxışı Müdafiə Nazirliyinə deputat sorğusu kimi göndərilə bilər

Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl Bakı səmasında dronların uçması ilə bağlı yayılan məlumatlar Milli Məclisdə gündəmə gətirilib.

Hafta.az xəbər verir ki, bu hadisədən Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bəhs edib.

O qeyd edib ki, bu məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda da əksini tapır və dövlətin siyasəti informasiya mühitində milli təhlükəsizliyin təmin edilməsindən ibarətdir.

“Bu kimi hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr barədə məlumat verilmədikdə, bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur. Bu şayiələrin böyük bir qismi isə, çox təəssüf ki, dövlətin və dövlət orqanlarının nüfuzdan salınmasına yönəlir. Müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməli və ictimaiyyəti vaxtında məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələr yayılmasın. Mənim sadəcə qeyd etmək istədiyim bundan ibarətdir. Xahiş edirəm ki, Milli Məclisin Aparatı bu çıxışımı Müdafiə Nazirliyinə deputat sorğusu kimi göndərsin və onlar ictimaiyyəti bu barədə məlumatlandırsınlar”.

Seçilən
60
4
hafta.az

7Mənbələr