AZ

Paytaxtın Tbilisi prospektində avtomobildə yanğın olub

Bakı, 17 mart, AZƏRTAC

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, dərhal ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

 

Seçilən
62
6
azertag.az

7Mənbələr