AZ

AMB İran ətrafına baş verən hadisələrin ölkəmizə təsirini təhlil edir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) İran ətrafında baş verən hadisələrin ölkəmizə təsirləri ilə bağlı təhlillər aparılır.

"Report" xəbər verir ki, bunu AMB-də keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

"Biz 2026-cı ildə cari əməliyyatlar balansının profisitini 2,8-3 milyard ABŞ dolları proqnozlaşdırmışıq. Eyni zamanda Yaxın Şərq regionunda baş verən hadisələri izləyirik. Amma bu hadisələr təxminən 2 həftədir ki, başlayıb və nəticədə qlobal əmtəə qiymətlərinin artımı müşahidə olunur. Amma bunun nə dərəcədə keçici və qalıcı olması ilə bağlı hələ də suallar var. Odur ki, baş verənlərin cari əməliyyatlar balansına necə təsir edəcəyi ilə bağlı yenilənmiş proqnozumuz yoxdur",- deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
azpolitika.info

1Mənbələr