AZ

Sabah 17° isti olacaq

Martın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə havanın az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 65-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Seçilən
77
50
nocomment.az

10Mənbələr