AZ

Neymar: Milli komandaya çağırılmamağım məni məyus etdi və bir az da əsəbiləşdirdi

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Santos”un 34 yaşlı futbolçusu Neymar qarşıdakı oyunlar üçün Braziliya milli komandasının heyətinə daxil edilməməsindən sonra məyusluğunu etiraf edib.

Sportal.az “Globo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Karlo Ançelottinin onu yığma komandaya dəvət edəcəyini gözləyirmiş:

“Milli komandaya çağırılmamağım məni məyus etdi və bir az da əsəbiləşdirdi. Amma hər günə, hər məşqə və hər matça diqqətimi cəmləmişəm. Məqsədimizə çatmağa fokuslanmışam. Milliyə sonuncu dəfə dəvət edilmək şansı qalıb və bu arzu hələ də yaşamaqdadır”.

Qeyd edək ki, Neymarın əsas məqsədi bu yay keçiriləcək dünya çempionatı üçün Braziliya yığmasının heyətinə daxil olmaqdır.  Onun məhz mundialdan sonra karyerasını yekunlaşdıracağı gözlənilir.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
sportal.az

2Mənbələr