İran Futbol Federasiyası Dünya Kuboku oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi üçün FIFA ilə danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə İranın Futbol Federasiyasının Prezidenti Mehdi Tac deyib.
“Trampın açıq-aşkar İranın milli komandasının təhlükəsizliyini təmin edə bilməyəcəyi ilə bağlı sözlərindən sonra qəti şəkildə Amerikaya səfər etməyəcəyik. FIFA ilə müzakirələr aparırırq ki, İranın Dünya Kubokundakı oyunları Meksikada keçirilsin”, - Mehdi Tac bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın milli komandasının Amerikaya səfər etməyinə qarşı olmadığını, lakin onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini deyib.
Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.