AZ

"Mingəçevir" klubu azarkeşlərinin davranışına görə ziyana düşüb

Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubu azarkeşlərinə görə cərimələnib.

SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi XVIII turda "Səbail"lə görüşdə fanatların meydana kənar əşyalar atmasına görə 600 manat ödəyəcək. Tərəfdarların pirotexniki vasitədən istifadədəsinə görə isə "Mingəçevir" 1500 manat ziyana düşüb. Bu hal cari mövsüm ikinci dəfə təkrarlanıb.

Sözügedən matçda "Səbail"in altı üzvü sarı vərəqə görüb. Bu isə klubun 210 manat cərimələnməsinə səbəb olub.

Seçilən
15
1
sia.az

2Mənbələr