Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Astana, 17 mart, AZƏRTAC
Qazaxıstan paytaxtında Novruz bayramı şərəfinə 5 mindən çox insanın qatıldığı genişmiqyaslı musiqi tədbiri keçirilib.
AZƏRTAC Astana meriyasına istinadla xəbər verir ki, unikal musiqi kompozisiyası qazax melodiyalarını və qədim milli alətlərin səslərini özündə birləşdirir. Əsrlər boyu inkişaf edən bu alətlər xalqın mənəvi dünyasını, nəhayətsiz çölün səslərini və ənənəvi sənətin gözəlliyini çatdırır. Layihə qazax xalqının zəngin musiqi irsini və milli sənətin dərin köklərini əks etdirirdi.
Bu qədər çox sayda iştirakçının birgə çıxışı milli sənətə hörmətin və ənənələrin davamlılığının rəmzinə çevrilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.