AZ

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 17 mart, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Respublikasının yeni Konstitusiyasını və 2026-cı il martın 15-də qəbul edilmiş “Qazaxıstan Respublikası Konstitusiyasının tətbiqi tədbirləri haqqında” Fərmanı imzalayıb.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident bu sənədi Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş mərasimdə imzalayıb.

Daha əvvəl Mərkəzi Referendum Komissiyası martın 15-də keçirilən səsvermənin nəticələrini açıqlayıb. Referendumda 9.127.192 vətəndaş və ya səsvermə hüququ olan bütün vətəndaşların 73,12 faizi iştirak edib. İştirakçıların 87,15 faizi - 7.954.667 nəfər yeni Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.

Referendum baş tutmuş elan edilib və yeni Konstitusiya qəbul olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
azertag.az

4Mənbələr