AZ

Əli Laricaninin müraciəti yayımlandı - YENİLƏNİB

Əli Laricaninin müraciəti yayımlanıb.

Redaktor.az xəbər verir ki, müraciətin mətni İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin “X” hesabında paylaşılıb.

Lakin müraciətdə İsrailin gecə saatlarında Tehrana aviazərbələri nəticəsində öldürülən yüksək vəzifəli İran rəsmiləri, o cümlədən Əli Laricani barədə heç nə deyilməyib.

Belə ki, müraciətin tarixinin 16 marta aid olduğu məlum olub.

Laricaninin müraciətində Şri-Lanka sahillərində ABŞ-nin batırdığı gəmidə ölən İran dənizçiləri ilə bağlı başsağlığı yer alıb.

Qeyd edək ki, İsrail müdafiə naziri Katz Əli Laricaninin öldürüldüyünü açıqlayıb.


***

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

***

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrində (IDF) mənbələrin verdiyi məlumata görə, İranda Fələstin İslami Cihadı lideri Əkrəm əl-Acuri və terror qruplaşmasının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb.

İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqləyib.

Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir.

O vurğulayıb ki, gecə ərzində İsrail Müdafiə Qüvvələrinin nəticələrinə və missiyalarına təsir göstərə biləcək "əhəmiyyətli nailiyyətlər" qeydə alınıb.

***

İsrail Müdafiə Qüvvələrinin bu gecə hücum hədəfləri arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

İran tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama yoxdur.

Seçilən
62
8
redaktor.az

10Mənbələr