AZ

Bu ölkə Hörmüz boğazı ilə bağlı İranla danışıqlar aparır

İraq neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verməsi üçün İranla danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İraqın neft naziri Hayyan Əbdül Qani Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçə bilməsi üçün İranla əlaqə saxlayıb.

İraq, həmçinin Hörmüz böhranının yaratdığı daşınmalarda yaranan fasilələri kompensasiya etmək üçün Kərkük-Ceyhan boru kəməri ilə Türkiyəyə ixracı bərpa etmək üzərində də işləyir.

Seçilən
33
publika.az

1Mənbələr