AZ

Tıxac piyadalara görə yaranır? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər paytaxtda tıxac probleminin aradan qaldırılması ilə bağlı müxtəlif təkliflər müzakirə olunur. Deputat Tahir Rzayev hesab edir ki, şəhərdə sıxlığın azaldılması üçün piyadaların yolu keçmə qaydalarına müəyyən dəyişikliklər edilə bilər. Onun fikrincə hər bir piyada üçün nəqliyyatın dayanması tıxacın artmasına səbəb olur və buna görə də insanlar qrup halında keçdikdən sonra avtomobillərin saxlanılması daha məqsədəuyğun ola bilər.Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib. ““Yol hərəkəti haqqında qanun”da göstərilmir ki, nizamlanmayan piyada keçidindən eyni vaxtda neçə nəfər piyada keçə bilər və ya neçə nəfər olduqda sürücü avtomobili saxlayaraq yol verməlidir. Qanuna görə, hətta bir nəfər piyada belə nizamlanmayan piyada keçidi ilə yolu keçmək istədikdə sürücü avtomobili saxlamalı və onun təhlükəsiz keçməsi üçün şərait yaratmalıdır. Burada əsas müzakirə olunan məsələ ondan ibarətdir ki, bəzi hallarda piyadalar nizamlanmayan piyada keçidlərində bir-birlərini gözləmədən pərakəndə şəkildə yolu keçirlər. Halbuki praktiki olaraq piyadaların cəmləşərək, yəni topa halında yolu keçməsi də mümkündür və bəzi yerlərdə bu təcrübə tətbiq olunur. Lakin bunu bütün hallarda tətbiq etmək mümkün deyil. Çünki sutkanın müxtəlif saatlarında piyada axını fərqli olur. Məsələn, gündüz saatlarında piyadalar çox olduğuna görə onlar toplaşaraq yolu keçə bilirlər. Axşam və ya gecə saatlarında isə piyada tək ola bilər və o, digər piyadaların gəlməsini gözləməyə məcbur deyil”,- deyə o, bildirib.O deyib ki, Bakı şəhərində sıxlığın yaranmasına səbəb olan amillər kifayət qədər çoxdur:“Piyadaların yolu keçməsi isə bu səbəblər arasında əsas faktor hesab edilmir. Tıxaclar daha çox yol sıxlığı, bəzi yolların müəyyən saatlarda bağlanması və nəqliyyat axınının düzgün tənzimlənməməsi ilə bağlıdır. Bununla yanaşı, paytaxtda tıxacların artmasına təsir edən əsas problemlərdən biri də şəhərsalma sahəsində mövcud nöqsanlar və tikinti sahəsində özbaşınalıqlardır. Bir çox hallarda avtomobil yollarının, piyada səkilərinin və parklanma yerlərinin hesabına çoxmərtəbəli yaşayış və ya qeyri-yaşayış obyektləri inşa olunur. Bu isə şəhərin normal planlaşdırılmasını çətinləşdirir və nəticədə nəqliyyat hərəkətində əlavə problemlər yaradır. Bununla belə, məsələ ilə bağlı fərqli fikirlərin olması da təbiidir və mövzunun geniş şəkildə müzakirə olunması vacibdir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
demokrat.az

1Mənbələr