AZ

600 manata görə təyyarəyə həbs qoyuldu

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Qəribə əhvalat Avstriyada baş verib. 

Avtosfer.az xəbər verir ki, 2024-cü ildə getdiyi Afrika ölkəsinə gecikən sərnişin İrlandiyanın “Ryanair” aviaşirkətini məhkəməyə verib. Məhkəmə sərnişinin xeyrinə qərar çıxararaq şirkəti 350 avro cərimələyir.

Lakin şirkət yalnız bilet pulunu qaytarır, cəriməni isə ödəmir. Beləliklə, məbləğ 900 avroyadək qalxır. Buna görə sərnişin təkrarən məhkəməyə üz tutur. 

Bu dəfə işə icraçılar qarışır. Onlar Lints şəhərində hava limanında uçuşa hazırlaşan təyyarəyə daxil olaraq pilotu məlumatlandırırlar. Bundan sonra uçuş heyətinə təyyarəyə qismən həbs qoyulduğu elan edilir. Yəni, təyyarə istismarda ola bilər, lakin satıla və ya icarəyə verilə bilməz. 

Məsələ Avropa ölkələrində ciddi marağa səbəb olub.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr