AZ

Cərimələrdən və şikayətlərdən çəkinməyən “Araz supermarket” - Ona "DUR" deyən olacaqmı?

“Araz supermarket” MMC növbəti dəfə cərimələnib.

Bu dəfə şirkətə qarşı cəriməni Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tətbiq edib.

Belə ki, 2026-cı illin yanvar-fevral aylarında Araz supermarket MMC-də yoxlama aparılıb. Yoxlama zamanı bəlli olub ki, super marketdə bəzi qida məhsulları üzərində yazılan qiymətdən daha baha satılır. Buna görə super market haqqında inzibati xəta protokolu tərtib edilib.

 

Bu hal istehlakçıların hüquqlarının qorunması haqqında qanunun 13-cü maddəsinin pozulması sayılır. Qanuna görə, mal satan və ya xidmət göstərən şəxslər istehlakçıları aldadsa, məsələn məhsulun çəlkisi, ölçüsü, keyfiyyəti və ya qiyməti fərqlidirsə, onlar cərimə olunurlar. Hüquqi şəxslər üçün bu cərimə 4 min manatdan 6 min manata qədərdir.

Nəzərə alaq ki, “Araz supermarket”dən şikayətlər son vaxtlar hədsiz dərəcədə çoxdur. Şikayətlərsə əsasən vitrindəki qiymətlə, kassadakı qiymətlər arasındakı böyük fərqlərdəndir.

Bundan əlavə, vaxtı keçmiş məhsulların saxta yarlıqlarla yenidən dövriyyəyə buraxılması ilə bağlı da “Araz supermarket”dən şikayətlər var.

Lakin, artan şikayətlərlər fonunda tətbiq edilən cüzi cərimələr “Araz supermarket” i “yolundan” sapdırmır. Ona görə də müvafiq dövlət qurumları bu şirkətə qarşı qəti və daha sərt addımlar atmalıdır.

 

News365.az

Seçilən
18
news365.az

1Mənbələr