Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin niyə Aya uçmadığını izah edib.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı dövlət sektorunda innovasiya mövzusunda keçirilən konfransda çıxışı zamanı verib.
Onun sözlərinə görə, səbəb Ermənistanda müvafiq profilli alimlərin və yüksək ixtisaslı mütəxəssislərin olmamasıdır.
Bu baxımdan, o, nümunə olaraq “Apollon” proqramını (1961–1975) - NASA tərəfindən Aya eniş etmək üçün həyata keçirilən bir sıra Amerika pilotlu kosmik missiyalarını göstərib.
Paşinyan etiraf edib ki, o zaman layihənin həyata keçirilməsi üzərində 400.000 alimin işləməsi onu heyrətləndirib.