AZ

Laricani ölərsə yerinə o gələcək - Adı keçən Cəlili kimdir?

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Laricani ölərsə onun əsas əvəzedicisi kimi mühafizəkar qanadın ən önəmli isimlərindən biri və SEPAH kadrı Səid Cəlilinin adı çəkilir. 

Ölkə.Az xəbər verir ki, o, son prezident seçkilərində Məsud Pezeşkiana uduzub.

Qeyd edilir ki, Cəlili Radikal mühafizəkarlar və Paydari Cəbhəsi Tefkik Məktəbi nəzəriyyəsini təmsil edir. Başqa sözlə, Səid Cəlili siyasi olaraq Paydari Cəbhəsini, ideoloji cəhətdən isə “Təfkik Məktəbi”ni təmsil edir. 

Səid Cəlili Xarici Əlaqələr üzrə Strateji Şuranın üzvü, Nizam İşlərinin Müəyyənləşdirilməsi Şurasının üzvü, İnqilab Rəhbəri Ayətullah Əli Xameneinin xüsusi nümayəndəsi kimi çalışıb.

559466

Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və İranla Qərb arasında nüvə danışıqlarının baş müzakirəçisi olub.

Səid Cəlili 6 sentyabr 1965-ci ildə İranın Rəzəvi Xorasan vilayətinin mərkəzi Məşhəd şəhərində anadan olub. Onun atası Bircənddəndir və Məşhəddəki Navab Səfəvi ibtidai məktəbinin direktoru olub. Anası İranın Ərdəbil şəhərindəndir və türkdür. Cəlili Qərbi yaxşı tanıyan həm də onlara qarşı sərt münasibəti olan fiqurdur.

Seçilən
86
1
olke.az

2Mənbələr