AZ

İsrail ordusu Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib, detalları açıqlayıb YENİLƏNİB 1

Apa.az saytına istinadən ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.

APA-nın xəbərinə görə, IDF-in açıqlamasında deyilir ki, İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat bacarıqlarının istifadə edərək İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehran yaxınlığında olarkən dəqiq zərbə endirib.

Əli Laricaninin “İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.

Qeyd edilib ki, Laricani İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub.

Açıqlamada o da qeyd edilib ki, Xameneinin öldürülməsindən sonra Laricani öz mövqeyini İran rejiminin de-fakto lideri kimi möhkəmləndirib və İsrail Dövlətinə, eləcə də region ölkələrinə qarşı hücumlara rəhbərlik edib.

IDF bildirir ki, Laricani rolunun bir hissəsi olaraq, rejimin milli təhlükəsizlik fəaliyyətinin koordinasiyasına rəhbərlik edib və rejimin “Müqavimət oxu”nun üzvləri ilə əlaqələri də daxil olmaqla onun beynəlxalq fəaliyyətini istiqamətləndirib: “Laricani İran rejiminə qarşı keçirilən son etiraz aksiyalarının zorakılıqla yatırılmasına və şəxsən iranlı etirazçılara qarşı aparılan qırğına nəzarət edib”.

***

13:29

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.

Müdafiə naziri qeyd edib ki, Əli Laricani gecə İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

***

12:39

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir.

Bu barədə “The Times of Israel” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrində (IDF) mənbələrin verdiyi məlumata görə, İranda Fələstin İslami Cihadı lideri Əkrəm əl-Acuri və terror qruplaşmasının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb.

İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqləyib.

Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir.

O vurğulayıb ki, gecə ərzində İsrail Müdafiə Qüvvələrinin nəticələrinə və missiyalarına təsir göstərə biləcək "əhəmiyyətli nailiyyətlər" qeydə alınıb.

***

12:10

İsrail Müdafiə Qüvvələrinin bu gecə hücum hədəfləri arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də olub.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

İran tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
40
apa.az

10Mənbələr