Bakı. Trend:
2025-ci ildə Fransanın Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 134,317 milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,4 milyon dollar vəya 10,2% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Fransadan reallaşan investisiyaların payı 2% təşkiledib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Fransaiqtisadiyyatına 28,314 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 41,712 milyon dollar və ya 47,3%çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Fransayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkiledib.
2024-cü il ərzində Fransadan Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmi 121,910 milyon dollar, əks istiqamətdəisə 19,224 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.