AZ

Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları ixracolunub.

Bu barədə Trend-əAzərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz,fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faizazalıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Seçilən
38
4
az.trend.az

8Mənbələr