AZ

Trampın adamı istefa verdi: Onun siyasətinə və İran əməliyyatına etiraz edir

ABŞ administrasiyasında terrorla mübarizə üzrə ən yüksək vəzifəli rəsmilərdən biri istefa verib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent vəzifəsindən istefa verdiyini açıqlayıb. O, qərarını İranla bağlı müharibəyə qarşı çıxması ilə izah edib və ABŞ prezidenti Donald Trampı “kursu dəyişməyə” çağırıb.

45 yaşlı Kent X sosial şəbəkəsində paylaşdığı məktubda bildirib ki, İran ABŞ üçün “təcili təhlükə yaratmır”. O, həmçinin iddia edib ki, Tramp administrasiyası bu müharibəyə “İsrail və onun ABŞ-dakı güclü lobbi dairələrinin təzyiqi nəticəsində başlayıb”.

Ağ Ev Kentin istefası ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Məktubunda Kent iddia edib ki, “yüksək vəzifəli israilli rəsmilər” və bəzi nüfuzlu ABŞ jurnalistləri tərəfindən yayılan dezinformasiya Trampın “America First” siyasətindən uzaqlaşmasına səbəb olub.

Musavat.com

Seçilən
101
1
musavat.com

10Mənbələr