AZ

Məktəblərdə Novruz xonçaları: Ənənə, yoxsa…? KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Novruz bayramı ərəfəsində məktəblərdə müəllimlər üçün xonçalar düzəldilib.

Bu, ənənə, yoxsa sosial təzyiqdir? Yazılmayan qanunlar valideynlər üçün əlavə yük yaradır. Bayram xonçaları nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib:

“Açığı, Novruz bayramı ilə bağlı edilən bu narazılığa qəti qarşıyam. Bir vətəndaş olaraq novruz ənənəsinin yaşadılmasını özündə əks etdirən detallar, şagirdlərin məktəbə, azyaşlıların bağçaya novruz xonçaları aparmasının nəinki vacib, hətta çox gözəl hesab edirəm”.

Ekspertin sözlərinə görə, bəzilərimiz hər məsələdə neqativ fikir axtarmayaq. Bu, mənim acizanə şəkildə xahişimdir. Novruz bizə ən doğma olan bir bayramdır. Bunun fəlsəfəsi mahiyyəti, missiyası, folkloru canımızda və qanımızdadır.

Novruz bayramı kimliyimizin detallarını özündə əks etdirən gözəl bir yanaşmadır deyən Elmin Nuri əlavə edib:

“Uşaqlar il ərzində bir dəfə məktəbə xonça aparsalar, bununla nə olasıdır ki? Sevinməliyik ki, bu adət-ənənə davam edir. Elə ailələr ola bilər ki, xonça hazırlamağa imkanı yol verməz. Belə ailələri xonça gətirməkdə təhrik edərlərsə, bu artıq Novruz bayramının günahı deyil. Hər hansı bir fərdin, müəllimin və s. etdiyi nöqsandır. Bu, Beynəlxalq Qadınlar Günü və ya Müəllimlər bayramı deyil ki, gül gətirmək kimi müzakirə edək. Nə yaxşı ki, bu bayramı dövlət səviyyəsində yaşadırıq. Biz bununla fəxr etməliyik. Hətta təbliğat aparmalıyıq ki, məktəblərdə novruz ənənələri daha da yaxşı inkişaf etsin”.

Dəniz Pənahova

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
konkret.az

2Mənbələr