Vaşinqton, 17 mart, AZƏRTAC
Bu düşünməli olduğumuz bir məsələdir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistin ondan ABŞ-ın NATO ilə münasibətlərini yenidən nəzərdən keçirib-keçirmədiyi və ya ondan çıxmağı düşündüyü ilə bağlı suala cavabına deyib.
“Bu, şübhəsiz ki, düşünməli olduğumuz bir şeydir. Bu qərar üçün Konqresə ehtiyacım yoxdur. Hazırda ağlımda heç nə yoxdur”,-deyə o bildirib.
Tramp NATO müttəfiqlərindən məyusluğunu dilə gətirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton