AZ

“İmam deyib ki, sionistlərin və Donald Trampın qanını tökün, onların qanı mənim çiyinlərimdədir” – Ayətullah Əbdüllah Cavadi Amoli

Martın 5-də İran dövlət televiziyası Ayətullah Əbdüllah Cavadi Amolinin İsrail və ABŞ ilə artan münaqişə fonunda sərt açıqlamalar verdiyi bir müraciət yayımlayıb.

Associated Press-in məlumatına görə, din xadimi çıxışında ölkənin “böyük bir imtahanın astanasında olduğunu” bəyan edib və birliyi qorumağa çağırıb. “Biz artıq böyük bir imtahanın astanasındayıq və birliyimizi tam qorumaq üçün diqqətli olmalıyıq”, – deyə o bildirib.

Eyni zamanda, müraciətdə “sionistlərin və Donald Trampın qanının tökülməsi” çağırışları da yer alıb. “Dövrün imamı deyir ki, “Zülmkar Amerika ilə mübarizə aparın, onun qanı mənim çiyinlərimdədir'”, – deyə ayətullah əlavə edib.
Bu bəyanat İsrail və ABŞ-ın birgə hava hücumlarından sonra İranda səsləndirilən azsaylı ictimai dini mövqelərdən biridir. Bu sözlərə hələlik Vaşinqton və ya Qüdsdən rəsmi cavab gəlməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
124
editor.az

1Mənbələr