AZ

Gürcüstan Patriarxı Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq

Tbilisi, 17 mart, AZƏRTAC

Bütün Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs II Ilya martın 18-də Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Patriarxlığın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, protoiyerey Andriya Jaqmaidze məlumat verib.

Onun sözlərinə görə, razılaşdırılmalı bir çox detal olduğu üçün birlikdə qərar veriləcək və martın 18-də səhər elan veriləcək. Sabah o, Üçlük Katedralında dəfn olunacaq.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
26
1
azertag.az

2Mənbələr