AZ

Baksol yolundakı yanğın davam edir VİDEO (YENİLƏNİB)

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

"Unikal" xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərlərinin qüvvələri ərazidə yanğınsöndürmə və müvafiq təhlükəsizlik tədbirlərini fasiləsiz davam etdirir.

Eyni zamanda, FHN-in əməkdaşları sahibkarlara mallarını yanğın baş verən ərazidən təhlükəsiz şəkildə çıxarmalarına lazımi köməklik göstərir.

Əlavə məlumat veriləcək.

*** 22:32

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Unikal" xəbər verir ki, hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***21:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
95
5
unikal.az

10Mənbələr