AZ

Bugün ABŞ İraqa qarşı müharibəyə başladı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

19 mart 2003-cü il tarixində ABŞ və müttəfiq qüvvələri İraqa qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu müharibə yaxın tarixin ən mübahisəli hərbi müdaxilələrindən biri kimi yadda qalıb.

Əməliyyatın əsas bəhanəsi Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olması iddiası idi, lakin müharibədən sonra bu iddialar öz təsdiqini tapmadı.

Hərbi əməliyyatlar Səddam Hüseynə ölkəni tərk etmək üçün verilən vaxt bitdikdən dərhal sonra "Tomahawk" raketləri ilə Bağdaddakı strateji hədəflərin vurulması ilə başladı. Cəmi üç həftə ərzində koalisiya qüvvələri ölkənin əsas şəhərlərini ələ keçirərək rejimi devirməyə nail oldular. Səddam Hüseyn isə uzun müddət gizləndikdən sonra öz doğma şəhəri Tikrit yaxınlığında bir yeraltı sığınacaqda ələ keçirildi.

2006-cı ildə İraq məhkəməsi tərəfindən insanlığa qarşı cinayətlərdə təqsirli bilinən Səddam Hüseyn edam edildi. Lakin hərbi qələbədən sonra ölkədə başlayan partizan müharibəsi və daxili xaos minlərlə insanın həyatına son qoydu. ABŞ yalnız 15 dekabr 2011-ci ildə, müharibənin başlamasından təxminən 10 il sonra İraqdakı missiyasının başa çatdığını rəsmən elan etdi.

Seçilən
72
turkic.world

1Mənbələr