AZ

İraq Ceyhan limanına neft nəqlinə başlayacağını elan edib

İraq Ceyhan limanına neft nəqlinə başlayacağını elan edib

İraq hakimiyyəti ölkənin şimalındakı Kərkük yataqlarından Türkiyənin Ceyhan limanına xam neft nəqlinin bərpası barədə qərar qəbul edib.

AFN.az rəsmi İNA agentliyinə istinadən xəbər verir ki, İraqın neft naziri Heyyan Əbdülqəni bildirib ki, İraq Kürdüstanı Muxtar Bölgəsindən keçən boru kəməri vasitəsilə ixrac əməliyyatlarına 18 mart tarixində, yerli vaxtla saat 10:00-dan etibarən başlanılacaq.

Nazir nəqlin bərpasının həm daxili iqtisadiyyat, həm də beynəlxalq enerji bazarları üçün əhəmiyyətini vurğulayıb. Uzun müddətdir texniki və hüquqi səbəblərdən dayandırılmış bu marşrutun yenidən fəaliyyətə başlaması Kərkük neftinin dünya bazarlarına çıxışını sürətləndirəcək.

Ceyhan limanına neft nəqlinin bərpası həmçinin regionda enerji təhlükəsizliyi baxımından mühüm addım kimi qiymətləndirilir. Rəsmi Bağdad bu addımla ixrac həcmlərini artırmağı və Türkiyə ilə enerji sahəsində əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.

Seçilən
86
afn.az

1Mənbələr